İstanbulda təyyarə qəzası qurbanlarının sayı artır — VİDEO

DÜNYA 06 fev 2020, 09:08

İzmirdən İstanbula uçan sərnişin təyyarəsinin qəzaya düşdüyü anlar kameraya tuş gəlib. 


Türkiyə mediasının məlumatına görə, təyyarə Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.


Qəza zamanı təyyarədə olan 183 nəfərdən 3-ü dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilir. 


İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır. Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, hazırda bu şəxsin kimliyi araşdırılır.


Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub. (BAKU.WS)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top