Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.
Bu barədə məlumat "The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.
Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.
Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.
Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.
Azərbaycan isə siyahıda 70-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 67 ölkəyə vizasız getmək imkanı var.
Region ölkələrinin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:
31-ci yer – Ukrayna – 142 ölkəyə vizasız getmək 44-cü yer – Gürcüstan – 121 ölkəyə vizasız getmək 45-ci yer – Moldova – 120 ölkəyə vizasız getmək 47-ci yer – Rusiya – 114 ölkəyə vizasız getmək 48-ci yer – Türkiyə – 112 ölkəyə vizasız getmək 62-ci yer – Belarus – 78 ölkəyə vizasız getmək 63-cü yer – Qazaxıstan – 77 ölkəyə vizasız getmək 70-ci yer – Azərbaycan – 67 ölkəyə vizasız getmək 73-cü yer – Ermənistan – 64 ölkəyə vizasız getmək 77-ci yer – Qırğızıstan – 59 ölkəyə vizasız getmək 78-ci yer – Özbəkistan – 58 ölkəyə vizasız getmək 84-cü yer – Tacikistan – 52 ölkəyə vizasız getmək 94-cü yer – Türkmənistan – 44 ölkəyə vizasız getmək 96-cı yer – İran – 37 ölkəyə vizasız getmək
Dünyanın ən zəif pasportları isə Əfqanıstan, Suriya, İraq, Pakistan və Yəmənə məxsusdur. (Yeniavaz.com)
Onu da qeyd edək ki, Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr aşağıdakılardı:
Albaniya Antiqua və Barbuda Banqladeş Barbados Belarus Bosniya və Herseqovina Burundi Kamboca Çin Kolumbiya Komor adaları Kuk adaları Cibuti Dominika Ekvador Esvatini Gürcüstan Qrenada Qvineya-Bisau Haiti İndoneziya İran Yamayka İordaniya Qazaxıstan Keniya Qırğızıstan Laos Livan Makao (ÇXR-in xüsusi inzibati rayonu) Madaqaskar Malavi Malayziya Maldiv adaları Marşall adaları Mavriki Mikroneziya Moldova Monteneqro Mərakeş Mozambik Namibiya Nepal Niue Palau adaları Qətər Rusiya Ruanda Samoa Səudiyyə Ərəbistanı Serbiya Seyşel adaları Şri-Lanka Sent-Vinsent və Qrenadinlər Surinam Suriya Tacikistan Tanzaniya Baham adaları Şərqi Timor (Timor-Leste) Tuvalu Türkiyə Ukrayna Birləşmiş Ərəb Əmirlikləri Özbəkistan Vanuatu Zimbabve Demokrat.az


