Türkiyəli aktrisa Afra Saraçoğlu sevgilisi Poyraz Yosmaoğlu ilə birlikdə gecə saatlarında maqazin fotoqraflarının obyektivinə tuş gəlib.
Demokrat.az xəbər verir ki, cütlük birlikdə keçirdikləri axşamdan sonra Afra Saraçoğlunun evinə yollanıb. Aktrisanı evinə gətirən Poyraz Yosmaoğlu avtomobili ilə görüntülənərkən qarşılarında jurnalistləri görərək qısa müddətlik təəccübləniblər.
Fotoaparatların ardıcıl işə düşən flaşları cütlüyü hazırlıqsız yaxalayıb. Afra Saraçoğlu görüntüləndiyini anlayan kimi əli ilə üzünü örtməyə çalışıb. Həmin anlar da kameralara əks olunub.
Son dövrlər uğurlu aktyorluq fəaliyyəti ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmə gələn Afra Saraçoğlunun Poyraz Yosmaoğlu ilə münasibəti Türkiyə maqazin mətbuatının diqqət mərkəzindədir. Cütlüyün yenidən birlikdə görüntülənməsi onların münasibətləri ilə bağlı müzakirələri artırıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə də geniş müzakirə olunub. Xüsusilə aktrisanın fotoqrafların flaşlarını gördükdən sonra verdiyi ani reaksiya istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub.
Jalə Demokrat.az





