Şou-biznes Özəl

Məşhur müğənnidən estetik iddialarına sərt reaksiya: "Bu mövzu məni çox əsəbiləşdirir"

Məşhur müğənnidən estetik iddialarına sərt reaksiya: Bu mövzu məni çox əsəbiləşdirir

Türkiyəli müğənni Bengü son vaxtlar xarici görünüşündəki dəyişikliklərlə bağlı yayılan estetik əməliyyat iddialarına münasibət bildirib. Sənətçi jurnalistlərin bu mövzuda suallarını cavablandırarkən artıq bu barədə danışmaq istəmədiyini deyib.

Demokrat.az xəbər verir ki, Bengü üzündəki dəyişikliklərlə bağlı yayılan iddiaları təkzib edərək estetik əməliyyat etdirmədiyini vurğulayıb. O bildirib ki, əvvəllər dolğu proseduru etdirsə də, son üç ildə heç bir estetik müdaxilə olunmayıb.

Müğənni bildirib: "Allaha and olsun ki, heç nə etdirmirəm. Gəlin estetik mövzusunu danışmayaq. Bu məsələ artıq məni çox əsəbiləşdirir. Vaxtilə dolğu etdirmişdim, amma son üç ildə heç bir prosedur keçirməmişəm".

Bengü son günlər həm şəxsi həyatı, həm də xarici görünüşündə dəyişiklik olduğu iddiaları ilə Türkiyə maqazin gündəminin diqqət mərkəzindədir. Xüsusilə yanaq sümükləri və dodaqları ilə bağlı sosial şəbəkələrdə və maqazin mediasında müxtəlif şərhlər yayılıb.

Müğənni bu iddiaları yenidən təkzib edərək son illərdə hər hansı estetik müdaxilə etdirmədiyini bildirib. O, bu mövzunun davamlı şəkildə gündəmə gətirilməsindən narahat olduğunu da gizlətməyib.

Qeyd edək ki, Bengü 2018-ci ildə Selim Selimoğlu ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Zeynəb və Selim adlı iki övladı dünyaya gəlib. Təxminən altı il davam edən evlilik başa çatdıqdan sonra onların ayrılığı da uzun müddət Türkiyə maqazin mətbuatının diqqət mərkəzində olub.

Jalə Demokrat.az

D
demokrat.az