Müğənni Günel Zeynalovanın türkiyəli pop ulduzu Hadisənin "Ara beni" mahnısını səsləndirdiyi paylaşım Türkiyə mətbuatında geniş əks-səda doğurub.
Demokrat.az xəbər verir ki, sənətçi avtomobildə olarkən mahnını oxuduğu videonu sosial şəbəkə hesabında yayımlayıb. Günel paylaşımına "Axtar, axtarma, gözəl mahnıdır. Dəlilik də gözəldir, sevirik. Hətta ağıllı dəlilərdənik" sözlərini əlavə edib.
Türkiyə mediası isə bu paylaşımı fərqli prizmadan dəyərləndirib. Bir sıra nəşrlər Günelin videosunu Hadisəyə dəstək kimi təqdim edərək, bunu illər əvvəl Rza Zərrabla bağlı yaşanan hadisələr fonunda Ebru Gündeşə göndərmə kimi şərh edib.
Xatırladaq ki, Günel Zeynalova vaxtilə iş adamı Rza Zərrabla nişanlı olub. Daha sonra Rza Zərrab Ebru Gündeşlə ailə qurmuş, sonrakı illərdə isə onun Hadisə ilə münasibətdə olduğu iddiaları uzun müddət Türkiyə şou-biznesinin ən çox müzakirə olunan mövzularından birinə çevrilmişdi.


