İş adamı Fəxri Ağayev cəmiyyətdə kişilərin dəyərinin yalnız qazancla ölçülməsini kəskin tənqid edib. O, pul qazanmayan kişinin yumurtlamayan toyuğa bənzədilməsini insanlıq adına alçaldıcı hal adlandırıb.
Onun sözlərinə görə, insanı yalnız maliyyə mənbəyi kimi görmək hörməti tamamən bitirir. O bildirib ki, qadının dəyərini xarici görünüşlə ölçmək nə qədər yanlışdırsa, kişiyə də yalnız pul gətirən mexanizm kimi baxmaq eyni dərəcədə alçaldıcıdır.
Biznesmen vurğulayıb ki, hər kəs işini, gəlirini və ya mövcud imkanlarını itirə bilər. Lakin bu hal insanın şəxsiyyətini, ata, övlad və həyat yoldaşı kimi dəyərini heç bir halda azaltmır.
Fəxri Ağayev ədalətdən danışan şəxslərin bu kimi məsələlərə də eyni həssaslıqla yanaşmasının vacibliyini qeyd edib. O, cəmiyyətdə kişiyə olan hörmətin tədricən ən aşağı səviyyəyə düşdüyünü təəssüflə diqqətə çatdırıb.
Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı Vüsalə Əlizadə pulsuz kişiləri təhqir edərək yumurtalamayan toyuq adlandırıb.


