Türkiyənin tanınmış müğənnisi Mirkelam uzun müddətdən sonra bu dəfə səhnə fəaliyyəti ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
Demokrat.az türk mediasına istinadən xəbər verir ki, illərdir gözlərdən uzaq münasibət yaşayan sənətçi 13 ildir birlikdə olduğu Ayşən Sabancı ilə Bodrumda istirahət edərkən kameralara tuş gəlib.
Məlumata görə, cütlük Bodrumun Yalıçiftlik bölgəsində dostları ilə birlikdə dəniz kənarında istirahət edib. Gün ərzində səmimi və təbii davranışları ilə diqqət çəkən Mirkelam və Ayşən Sabancı münasibətlərini əvvəlki kimi mediadan uzaq yaşamağa üstünlük verdiklərini bir daha nümayiş etdiriblər.
Axşam saatlarında çimərlikdən ayrılan cütlüyün avtomobillərinə doğru gedərkən əllərində daşıdıqları kamp oturacaqları da fotoqrafların obyektivinə tuş gəlib. Onların sadə həyat tərzi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, "Koşan Adam" ləqəbi ilə tanınan Mirkelam son illər maqazin gündəmindən uzaq qalmağa üstünlük verir. Müğənni musiqi fəaliyyətini davam etdirsə də, şəxsi həyatı barədə açıqlamalar vermir. Ayşən Sabancı ilə uzun illərdir davam edən münasibəti də əsasən mediadan kənarda yaşanır.





