Bakıda 45 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.
Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü Fuad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Aidə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Fuad qeyri-rəsmi birlikdə yaşadığı Aidə ilə aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə bir dəfə onun sağ üz nahiyəsinə vuraraq xəsarətlər yetirib.
Faktla bağlı Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Fuad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmişlə barışdığını, onun özünə qarşı olan şikayətini geri götürdüyünü deyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


