Xarici siyasət

İlham Əliyev: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir

İlham Əliyev: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir

Azərbaycan və Rusiya arasındakı münasibətlər müsbət dinamikaya malikdir və aradan qaldırılmış çətinliklərə baxmayaraq, inkişaf etməkdə davam edir.

Demokrat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Prezident vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərə dəyər verir: "Biz həmçinin Rusiyanın rəsmi şəxslərinin, o cümlədən Prezident Vladimir Putinin ikitərəfli münasibətlərin dinamikası ilə bağlı bəyanatlarını görmüşük".

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə hər kəsə məlum olan çətinliklər olub, lakin bu mərhələ geridə qalıb: "Mən deyərdim ki, münasibətlər tamamilə normallaşıb. Təmaslar müxtəlif səviyyələrdə həyata keçirilir: hökumətlər arasında, hökumətlərarası komissiyaların həmsədrləri xətti ilə, Xarici İşlər nazirlikləri xətti ilə, eləcə də prezidentlərin administrasiyaları tərəfindən. Buna görə də, düşünürəm ki, bu baxımdan hər şey yaxşı gedir və biz buna şadıq".

Prezident bildirib ki, Moskva və Bakı arasındakı münasibətlər həm ikitərəfli format üçün, həm də "daha geniş coğrafiya" üçün vacibdir.

Demokrat.az

D
demokrat.az