Astroloq Emi Demurun fikrincə, son illər bir çox insan üçün çətin sınaqlar, gözlənilməz dəyişikliklər və emosional gərginliklə yadda qalıb. O hesab edir ki, 2026-cı ilin sonunadək dörd bürcün həyatında müsbət dönüş baş verə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə “YourTango” nəşri yazıb.
Astroloqun sözlərinə görə, sözügedən bürclər uzun illər davam edən çətin dövrü geridə qoyaraq həyatlarında daha sabit və uğurlu mərhələyə qədəm qoya bilərlər.
Buğa
Emi Demur bildirir ki, 2018-ci ildən etibarən Uranın Buğa bürcündə olması bu bürc nümayəndələrinin həyatında çoxsaylı gözlənilməz dəyişikliklərə səbəb olub. Onun fikrincə, bir çox Buğa nümayəndəsi şəxsi həyat, karyera, maliyyə və münasibətlər sahəsində ciddi çətinliklərlə üzləşib.
Astroloq hesab edir ki, bu mərhələ artıq sona yaxınlaşır. Onun sözlərinə görə, Uranın Əkizlər bürcünə keçməsi və Yupiterin Şir bürcündə olması Buğalara yeni imkanlar açacaq. 2026-cı ilin sonunadək onlar daha çox rahatlıq, uğur və daxili tarazlıq hiss edə bilərlər.
Əqrəb
Emi Demurun fikrincə, son illər Əqrəblər üçün xüsusilə şəxsi münasibətlər baxımından mürəkkəb keçib. Onun sözlərinə görə, bu bürcün nümayəndələri sevgi axtarışında məyusluqlar, ağrılı ayrılıqlar və zərərli münasibətlərlə qarşılaşıblar.
Astroloq hesab edir ki, bu dövr də başa çatmaq üzrədir. Yupiterin Şir bürcündəki mövqeyi Əqrəblərə etibarlı tərəfdaş tapmaq və sağlam münasibətlər qurmaq üçün daha əlverişli şərait yaradacaq. Bundan əlavə, onlar əvvəlki səhvləri təkrarlamamaq üçün xəbərdaredici əlamətləri daha yaxşı ayırd edə biləcəklər.
Dolça
Astroloqun sözlərinə görə, son səkkiz il ərzində Dolçalar insanlara etimad baxımından ciddi sınaqlarla üzləşiblər. Xəyanət, etimadın itirilməsi və səmimiyyətsizlik bir çox nümayəndənin özünəinamına təsir göstərib.
Emi Demur hesab edir ki, bu mərhələ də sona çatır. Onun fikrincə, Yupiterin təsiri nəticəsində Dolçaların həyatına daha səmimi, etibarlı və dəstək olan insanlar daxil olacaq. Ünsiyyət çevrəsi yenilənəcək, zərərli əlaqələr isə geridə qalacaq.
Şir
Astroloqun fikrincə, son illər Şirlər üçün peşəkar sahədə davamlı mübarizə dövrü olub. Böyük ambisiyalarına baxmayaraq, onlar karyera və maliyyə sahəsində müxtəlif maneələrlə qarşılaşıblar.
Emi Demur hesab edir ki, Uranın yeni bürcə keçməsi və Yupiterin Şir bürcündə olması bu çətin mərhələnin başa çatmasına kömək edəcək. Onun sözlərinə görə, 2026-cı ilin sonunadək Şirlər məqsədlərinə çatmaqda, tanınmaqda və cəsarətli ideyalarını həyata keçirməkdə daha uğurlu olacaqlar. Bu dövr xüsusilə karyera yüksəlişi, yeni biznesə başlamaq və ya çoxdan gözlənilən vəzifə artımı üçün əlverişli hesab olunur. Astroloq Şir bürcü nümayəndələrinə qarşılarına çıxan imkanlardan yararlanmağı tövsiyə edir.
Jalə Demokrat.az


