Hadisə

Bakıda yaşayış binasında yanğın baş verib — VİDEO

Bakıda yaşayış binasında yanğın baş verib — VİDEO

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

xxx

Bakıda yanğın baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Ərazidə yerləşən yaşayış binasının birinci mərtəbəsindəki obyektlərdən birində yanğın olub.

Demokrat.az

D
demokrat.az