Yerkökü sağlam, A vitamini və lif qaynağıdır.
Ancaq bəzi xəstəlikləri olan insanlar üçün zərərli ola bilər. Aşağıdakı hallarda yerkökü yemək məsləhət görülmür:
Mədə və bağırsaq xorası: Kəskin mədə xorası və ya qastrit xəstələrinə çiy kök yemək olmaz. Bu, mədəni narahat edir.
Yüksək allergiya: Yerkökünə qarşı allergiyası olan şəxslərdə o, qaşınma, şişkinlik və ya ağır nəfəs darlığı yarada bilər.
Qaraciyər və ya metabolizm xəstəlikləri: Orqanizmdə beta-karotini (A vitamininin xammalı) həzm edə bilməyənlərdə kök dəridə narıncı ləkələr yaradır.
Şəkərli diabet: Bişmiş yerkökü qanda şəkəri sürətlə qaldıra bilər. Diabet xəstələri bişmiş kökdən uzaq durmalıdır.
Leyla Demokrat.az


