Şou-biznes Özəl

"Bəzi xatirələrlə vidalaşmağın vaxtı gəlmişdi" — Tuba Büyüküstün (FOTO)

Bəzi xatirələrlə vidalaşmağın vaxtı gəlmişdi — Tuba Büyüküstün (FOTO)

Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün jurnalist Emel Özuğurun YouTube proqramında səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Aktrisa saçın təkcə estetik element olmadığını, həm də insanın enerjisi və mənəvi dünyası ilə əlaqəli olduğuna inandığını bildirib.

Büyüküstün deyib ki, saçların insanların yaşadıqları xatirələri, hissləri və enerjilərini daşıdığına inanır. Onun sözlərinə görə, bu səbəbdən saç kəsdirmək bəzən sadəcə görünüşü dəyişmək deyil, həm də keçmişlə vidalaşmağın simvolu ola bilər.

Aktrisa daha əvvəl uzun saçlarını özü kəsdiyini xatırladaraq həmin paylaşımında "Bəzi xatirələrlə vidalaşmağın vaxtı gəlmişdi" ifadəsini işlətmişdi.

Proqram zamanı müxtəlif mədəniyyətlərdə saçın mənası barədə də danışan Büyüküstün bildirib ki, tarix boyu bir çox cəmiyyətlər saça xüsusi əhəmiyyət verib. Onun fikrincə, bəzi dinlərdə və qədim ənənələrdə saçın örtülməsi və ya kəsilməməsi yalnız adət deyil, həm də mənəvi məna daşıyır.

"Saçlar xatirələri toplayır. İnsanlıq tarixi boyunca çox mühüm yer tutub. Saçı örtmək xaricdən gələn mənfi enerjidən qoruyur. Deyirlər ki, saçlar sinir sistemimizin uzantısıdır", – deyə aktrisa bildirib.

Büyüküstün əlavə edib ki, bəzi spiritüal yanaşmalara görə, saç telləri insanın xarici dünya ilə əlaqə quran və ətraf mühiti hiss edən bir növ qəbuledici kimi qəbul olunur.

Qeyd edək ki, Tuba Büyüküstün son illərdə beynəlxalq layihələrdə də uğurla çıxış edir. O, "Ihlamurlar Altında", "Asi", "20 Dakika", "Kara Para Aşk", "Cesur ve Güzel" və "Zeytin Ağacı" kimi məşhur ekran işlərində baş rolları canlandırıb.

Bəzi xatirələrlə vidalaşmağın vaxtı gəlmişdi — Tuba Büyüküstün (FOTO)
Leyla Demokrat.az

D
demokrat.az