Şou-biznes

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb”

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb”

ABŞ-də yaşayan aparıcı Hüsniyyə Məhərrəmova sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Demokrat.az xəbər verir ki, Hüsniyyə kişilərin qadınların şəxsi həyatı və görünüşü ilə həddindən artıq maraqlanmasını tənqid edib:

“Kişilərin bütün günü onun-bunun həyatını, görünüşünü və davranışını müzakirə edəcək qədər cılızlaşdığı bir dünyada yaşayırıq. Kimin necə geyindiyi, dodaqlarının böyüklüyü, bədənində nəyi dəyişdirdiyi, TikTok-da hansı videonu çəkdiyi, şəxsi həyatında kiminlə olduğu, altından geyindiyi sizə niyə bu qədər maraqlıdır axı? Niyə? Nənəm sizin kimilərə başqa şey deyərdi”.

Demokrat.az

D
demokrat.az