Şou-biznes Özəl

Yeşilçam ulduzu Pembe Mutlunun illər sonrakı görüntüsü gündəm oldu — FOTOLAR

Yeşilçam ulduzu Pembe Mutlunun illər sonrakı görüntüsü gündəm oldu — FOTOLAR

"Yeşilçam"ın unudulmaz aktrisalarından biri olan Pembe Mutlu uzun fasilədən sonra yenidən diqqət mərkəzinə düşüb.

Aktrisanın illər sonra ortaya çıxan görüntüsü sosial şəbəkələrdə geniş müzakirə olunub.

“Çiçek Abbas” filmində canlandırdığı Nazlı və “Davaro” filmindəki Cano obrazları ilə tamaşaçıların yaddaşında qalan Pembe Mutlu bir dövrün sevilən qadın aktyorlarından biri olub.

Kemal Sunal ilə birgə çəkildiyi filmlərlə böyük şöhrət qazanan aktrisa gözəlliyi və istedadı ilə uzun illər Yeşilçamın tanınmış simalarından sayılıb.

Yeşilçam ulduzu Pembe Mutlunun illər sonrakı görüntüsü gündəm oldu — FOTOLAR

Yeşilçam ulduzu Pembe Mutlunun illər sonrakı görüntüsü gündəm oldu — FOTOLAR

Uzun müddətdir ekranlardan uzaq həyat sürən Pembe Mutlunun son görüntüləri pərəstişkarlarının diqqətini çəkib. 70 yaşlarında olan aktrisanın xarici görünüşündəki dəyişiklik sosial mediada müxtəlif reaksiyalara səbəb olub. İllər əvvəlki rolları ilə yaddaşlarda qalan Pembe Mutlu bu dəfə nostalji sevərlər tərəfindən yenidən xatırlanıb.

Yeşilçam ulduzu Pembe Mutlunun illər sonrakı görüntüsü gündəm oldu — FOTOLAR

Leyla Demokrat.az

D
demokrat.az