Kola sağlamlığa mənfi təsirləri ilə tanınsa da, məişətdə müxtəlif məqsədlər üçün də istifadə olunur. Ev təmizliyindən bəzi gündəlik problemlərin həllinə qədər kolanın fərqli tətbiq sahələri var.
Demokrat.az xəbər verir ki, bəzi məişət işlərində koladan aşağıdakı məqsədlərlə istifadə etmək mümkündür:
Çiçəklərə qulluq
Az miqdarda kolanı dibçəkdəki bitkinin torpağına tökməyin torpağın havalanmasına kömək etdiyi və köklərin inkişafını dəstəklədiyi bildirilir.
Eynəklərin təmizlənməsi
Eynəkləri kolaya batırılmış yumşaq parça ilə silib, daha sonra su ilə yuyaraq qurulamaq şüşədəki bəzi ləkələrin təmizlənməsinə kömək edə bilər.
Saça yapışan saqqızın çıxarılması
Saça yapışan saqqızı çıxarmaq çətin olduqda, kolanın tərkibindəki turşuların saqqızın yumşalmasına kömək etdiyi və onun daha asan ayrıldığı qeyd olunur.
Kafel aralarının təmizlənməsi
Hamam və mətbəxdə zamanla qaralan kafel aralarını diş fırçasını kolaya batıraraq təmizləmək mümkün olduğu bildirilir.
Həşərat sancmaları
Bəzi mənbələrdə kolanın həşərat və meduza sancmalarından sonra narahatlığı azaltmağa kömək etdiyi iddia edilir. Lakin bu üsul elmi cəhətdən təsdiqlənmiş müalicə sayılmır. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, qazlı və şəkərli içkilərin həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər. Bu səbəbdən koladan yalnız ölçülü şəkildə istifadə olunması məsləhət görülür.


