Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində keçirilən Celia Kritharioti Haute Couture Payız/Qış 2026–2027 dəfiləsində cəsarətli geyim seçimi ilə diqqət mərkəzində olub.
56 yaşlı sənətçi bədən rəngində şəffaf parça üzərində pastel tonlarda daş işləmələri ilə bəzədilmiş, dərin dekolteli libasda kameralar qarşısına çıxıb. Lopez görünüşünü ağ tüklü şal, ağ əl çantası və gümüşü platforma hündürdaban ayaqqabılarla tamamlayıb.
Dəfiləyə Cennifer Lopezin uzun müddətdir ictimaiyyət qarşısında birlikdə görünmədiyi bacısı, jurnalist Linda Lopez də qatılıb. 55 yaşlı Linda Lopez ağ uzun libası və açıq çəhrayı çantası ilə bacısını müşayiət edib. Bacıların birlikdə çəkdirdiyi fotolar tədbirin diqqət çəkən məqamlarından biri olub.
Qeyd edək ki, iyulun 6-da başlayan və dörd gün davam edən Paris Haute Couture Moda Həftəsində Chanel, Schiaparelli, Balenciaga və Viktor & Rolf kimi məşhur moda evləri yeni haute couture kolleksiyalarını təqdim edirlər.
Xatırladaq ki, Cennifer Lopez moda həftəsində daha əvvəl geyindiyi qara korset libası ilə də gündəmə gəlmişdi. Məşhur ulduz bu dəfə şəffaf detallı geyimi ilə tədbirin ən çox müzakirə olunan simalarından birinə çevrilib.



Demokrat.az


