Kriminal Özəl

Ata ona cavab qaytaran oğlunu döydü

Ata ona cavab qaytaran oğlunu döydü

Bakının Sabunçu rayonunda ata oğluna xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Balaxanı qəsəbəsi, P.Məmməd küçəsində baş verib. 1984-cü il təvəllüdlü Fəhmin yaşadığı evin koridorunda oğlu Rəvan (adlar şərtidir – red.) ilə mübahisə edib.

Bu zaman Rəvanın atasına sərt cavab qaytarması səbəbindən onların mübahisəsi daha da qızışıb. Şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı 42 yaşlı kişi qəsdən şillə ilə bir dəfə oğlunun üz nahiyəsindən vurub, ona xəsarətlər yetirib.

Faktla bağlı Fəhminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Oğul atasını bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az