"Qala Sığorta" və "Qala Həyat Sığorta" şirkətləri XI Azərbaycan Beynəlxalq Sığorta Forumunun sponsorları qismində tədbirdə iştirak ediblər.
Demokrat.az xəbər verir ki, sığorta və təkrarsığorta sahəsində regionun önəmli platformalarından biri hesab olunan forum dünyanın müxtəlif ölkələrindən sığorta bazarının nümayəndələrini bir araya gətirib.
Tədbir çərçivəsində bu sektorun aktual gündəm mövzuları, qlobal tendensiyalar, innovativ həllər və sığorta bazarının inkişaf perspektivləri geniş müzakirə olunub.
Forumda "Qala Sığorta" və "Qala Həyat Sığorta" şirkətlərinin rəhbər heyəti və peşəkar əməkdaşları geniş tərkibdə təmsil olunublar.
Şirkət nümayəndələri panel müzakirələrində aktiv iştirak edərək ölkənin sığorta sektorunun inkişaf istiqamətləri, bazarın qarşısında duran çağırışlar və bu çağırışların həlli yolları ilə bağlı fikir və təkliflərini bölüşüblər.



Demokrat.az


