7 iyul astroloji və spirituallıq dünyasında ilin ən diqqətçəkən tarixlərindən biri hesab olunur. Bir tərəfdən "07.07 Sirius qapısı" adlandırılan enerji keçidi, digər tərəfdən isə Neptunun retro hərəkəti başlayır.
Demokrat.az xəbər verior ki, astroloji inanclara görə, səma bu gün həm intuisiyalarımızı gücləndirir, həm də həqiqətlərlə üzləşməli olduğumuz yeni bir dövrün qapısını açır.
Sirius qapısı nədir?
Sirius göydəki ən parlaq ulduzlardan biri kimi tanınır. Qədim Misirdən bu günə qədər bir çox mədəniyyətdə xüsusi məna verilən Siriusun enerjisinin iyul ayının ilk günlərində Yer kürəsi ilə daha güclü əlaqə yaratdığı düşünülür.
Xüsusilə 07.07 tarixi numeroloji baxımdan da güclü hesab edildiyi üçün "Sirius qapısı" adlandırılan spirituallıq enerji keçidi ilə əlaqələndirilir.
Bu dövrdə bir çox insan intuisiyalarının gücləndiyini, yuxularının daha təsirli olduğunu və həyatındakı bəzi məsələlərlə bağlı mühüm fərqindəliklər qazandığını hiss edə bilər.
Yarımçıq qalan məsələlər, təxirə salınmış qərarlar və uzun müddət diqqətdən kənarda saxlanılan hisslər yenidən gündəmə gələ bilər.
"Sirius qapısı"nın əsas mesajı isə belə ifadə olunur: Daxili səsini eşit və ruhunun səni yönəltmək istədiyi istiqaməti dərk et.
Neptun retrosu: Dumanlar dağılmağa başlayır
Bu günün digər mühüm səma hadisəsi isə Neptunun retro hərəkətinə başlamasıdır.
Astroloji baxışlara görə, Neptun xəyalları, intuisiyanı, idealları, mənəviyyatı və bəzən də illüziyaları təmsil edir. Retro hərəkətə başladıqda isə həqiqətlərlə üzləşmə dövrü başlayır.
Son aylarda idealizə etdiyimiz münasibətlər, iş mühiti və ya gələcək planları artıq daha aydın görünməyə başlaya bilər.
Bir insan haqqında qurduğumuz təsəvvürlə onun həqiqi xarakteri arasındakı fərqlər ortaya çıxa bilər. Eyni zamanda, çatmaq istədiyimiz məqsədlərin həqiqətən bizə aid olub-olmadığını da sorğulaya bilərik.
Astroloji şərhlərə görə, Neptun retrosu "xəyallarından imtina et" demir, sadəcə onları daha real əsaslar üzərində qurmağı tələb edir.
Hansı bürclər daha çox təsirlənəcək?
Balıqlar
Neptunun idarə etdiyi Balıqlar bürcü üçün bu retro daha şəxsi təsir göstərə bilər. Kimlik, məqsədlər və münasibətlər mövzusunda mühüm fərqindəliklər yaşana bilər. Özünü aldatdığı sahələr daha aydın görünə bilər.
Qız
Balıqların qarşı bürcü olan Qızlar xüsusilə ikili münasibətlərdə həqiqətləri görmək məcburiyyətində qala bilərlər. Uzun müddətdir qeyri-müəyyən qalan məsələlər aydınlaşa bilər.
Əkizlər və Oxatan
Qərarvermə prosesində qarışıqlıq yaşaya bilərlər. Eşitdikləri hər məlumata dərhal inanmamaları və detalları yoxlamaları vacib olacaq.
Xərçəng və Əqrəb
"Sirius qapısı"nın intuitiv enerjisindən ən çox faydalana biləcək bürclər arasında göstərilir. Daxili səslərini dinlədikdə mühüm fərqindəliklər əldə edə bilərlər.
Qoç, Tərəzi, Oğlaq və Dolça
Həyatlarının istiqaməti ilə bağlı yeni qərarlar qəbul etmək istəyi arta bilər. Lakin Neptun retrosunun təsiri səbəbindən tələsmək əvəzinə müşahidə etmək daha doğru nəticələr verə bilər.
Səmanın mesajı
Astroloji yozumlara görə, bu gün səma bizə eyni anda iki fərqli dərs verir.
"Sirius qapısı" intuisiyalarımızı gücləndirərkən, Neptun retrosu həqiqətləri görməyə kömək edir.
Başqa sözlə, kainat həm qəlbimizi dinləməyimizi, həm də ayaqlarımızı möhkəm yerə basmağımızı istəyir.
Növbəti aylarda bir çox insan "Mən əslində nə istəyirəm?" sualının cavabını daha aydın tapa bilər.
Bəzi xəyallar sona çata bilər, bəziləri isə ilk dəfə gerçəyə çevriləcək qədər aydın forma ala bilər.
7 iyul tarixinin enerjisi məhz buna görə güclü hesab olunur: insan xəyalla gerçəyin qovuşduğu bir sərhəddə dayanır.
Jalə Demokrat.az


