Türkiyəli müğənni Tan Taşçı son konsertində seçdiyi səhnə geyimi ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin görüntüləri qısa zamanda müxtəlif platformalarda yayılıb, geyim seçimi ilə bağlı fərqli fikirlər səsləndirilib.
Demokrat.az xəbər verir ki, sosial media istifadəçilərinin bir qismi Tan Taşçının səhnə obrazını tənqid etsə də, pərəstişkarları onu müdafiə edərək geyim seçiminin şəxsi zövq məsələsi olduğunu bildiriblər.
Müzakirələrin böyüməsindən sonra Tan Taşçı məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb. Müğənni son vaxtlar haqqında aparılan tənqid kampaniyalarının təsadüfi olmadığını düşündüyünü bildirib.
"Ola bilsin ki, uğurlarımız bəzi insanları narahat edir. Tənqid etmək başqa, məqsədli şəkildə insanı nüfuzdan salmağa çalışmaq isə tamamilə fərqli məsələdir", – deyə sənətçi paylaşımında qeyd edib.
Tan Taşçı bildirib ki, uzun illər ərzində qazandığı nüfuzu bu cür hücumlarla sarsıtmaq mümkün olmayacaq.
"Xarakterimizi, sənətə olan sevgimizi və zəhmətlə qurduğumuz mövqeyimizi bu üsullarla kölgədə qoya bilməzsiniz. İndiyədək ən güclü cavabımız mahnılarımız, səhnədəki çıxışlarımız və bizi dəstəkləyən dinləyicilərimiz olub. Bundan sonra da yolumuza eyni əzmlə davam edəcəyik", – deyə o vurğulayıb.
Müğənninin açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Bir çox izləyici ona dəstək mesajları yazsa da, tənqidlər səngiməyib və müzakirələr davam edir.
Jalə Demokrat.az


