Ezoterik inanclara əsaslanan numerologiyaya görə, insanın adının ilk hərfi onun həyatı və qarşılaşa biləcəyi hadisələr barədə müəyyən işarələr verə bilər.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər 6–12 iyul tarixlərini əhatə edən həftə üçün adın ilk hərfinə əsaslanan numeroloji proqnoz hazırlayıblar.
Qeyd edək ki, astrologiya, numerologiya, tarot və digər ezoterik təcrübələr elmi cəhətdən təsdiqlənmiş metodlar deyil. Onlar qədim inanclara və müxtəlif şərhlərə əsaslanır, daha çox əyləncə xarakteri daşıyır.
A, İ, J, V, F hərfləri
Numeroloqların fikrincə, bu həftə diqqət mərkəzində ola bilərsiniz. Keçmiş tanışlar və ya müştərilər sizinlə yenidən əlaqə saxlaya bilər. Bu görüşlərin əvvəllər mümkün hesab etmədiyiniz yeni fürsətlər yarada biləcəyi iddia olunur. Tələsik qərarlardan çəkinmək və hər addımı düşünərək atmaq tövsiyə edilir.
T, O, P, U hərfləri
Bu hərflərlə başlayan ad sahiblərini karyera və maddi sahədə daha uğurlu dövrün gözlədiyi iddia edilir. Qarşıya yeni imkanlar çıxa bilər. Bununla yanaşı, məqsədlərə çatmaq üçün etibar etdiyiniz insanların məsləhət və dəstəyindən yararlanmağın faydalı ola biləcəyi bildirilir.
K, R, S, Z, E hərfləri
Ezoterik proqnoza görə, bu həftə ideyalarınız ətrafınızdakı insanlar tərəfindən daha müsbət qarşılana bilər. İctimai çıxışlar, görüşlər və təqdimatlar üçün münasib dövr hesab olunur. Fikirlərinizi aydın və planlı şəkildə təqdim etməyiniz tövsiyə edilir.
D, Y, N, Q hərfləri
Bu dövrdə əvvəllər yarımçıq qalan işlər və həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. Numeroloqlar hesab edirlər ki, köhnə problemlərin həll edilməsi gələcəkdə yeni imkanların yaranmasına şərait yarada bilər.
B, L, M hərfləri
Bu hərflərlə başlayan ad sahiblərinin planlarında gözlənilməz dəyişikliklər baş verə biləcəyi bildirilir. Ezoterik inanclara görə, gecikmələr və planların pozulması səbəbindən narahat olmamaq, baş verən hadisələri sakit qarşılamaq tövsiyə olunur. Bu yanaşmanın gələcəkdə daha müsbət nəticələrə gətirib çıxara biləcəyi iddia edilir.
Jalə Demokrat.az


