Müğənni Ziynet Sali İstanbulda verdiyi açıq hava konsertində mərhum dostu Alexini xatırlayarkən səhnədə duyğulu anlar yaşayıb.
Demokrat.az xəbər verir ki,Vadi Açıq Hava Səhnəsində pərəstişkarları ilə görüşən sənətçi repertuarını ifa edərkən yaxın zamanda itirdiyi dostunu yad edib və emosiyalarına hakim ola bilməyib. Göz yaşlarını saxlaya bilməyən Sali çıxışı zamanı göyə işarə edərək “əminəm ki, o buradadır və bizi dinləyir" deyib.
Daha sonra dərin nəfəs alaraq çıxışına davam edən müğənni həyatın dəyərinə diqqət çəkib: “Bir dənə həyatımız var. Bu gecə burada olduğunuz üçün hamınıza təşəkkür edirəm,” deyə bildirib.
Konsertdəki duyğusal anlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Hadisə sosial şəbəkələrdə də geniş əks-səda doğurub və çoxsaylı istifadəçilər sənətçiyə dəstək və başsağlığı mesajları paylaşıblar.

Leyla Demokrat.az


