Şou-biznes Özəl

73 kilo arıqlayan Işın Karacanın son görüntüsü gündəm oldu — FOTOLAR

73 kilo arıqlayan Işın Karacanın son görüntüsü gündəm oldu — FOTOLAR

Türkiyəli müğənni Işın Karaca keçirdiyi böyük fiziki dəyişikliklə yenidən gündəmə gəlib. Mədə kiçiltmə əməliyyatı və xüsusi qidalanma proqramı nəticəsində 130 kilodan 57 kiloya düşən sənətçinin son görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Demokrat.az bildirir ki, ümumilikdə 73 kilo arıqlayan müğənni yeni görünüşü ilə izləyicilərini təəccübləndirib. Onun paylaşdığı fotolar qısa zamanda sosial mediada yayılaraq böyük maraq doğurub.

İzləyicilər sosial şəbəkələrdə “tamamilə dəyişib”, “tanımaq olmur” kimi şərhlər yazaraq sənətçinin yeni halına reaksiyalar veriblər.

Işın Karaca arıqlama prosesini yalnız əməliyyatla deyil, həm də həyat tərzində etdiyi dəyişikliklərlə dəstəklədiyini bildirib. O, gündə bir dəfə qidalandığını, ac qaldıqda isə su, ayran və kefir kimi içkilərə üstünlük verdiyini qeyd edib. Sənətçi bəzi hallarda diş fırçalamağın da iştahı azaltdığını deyib.

Qeyd edək ki, Işın Karaca son dövrlərdə fiziki dəyişimi ilə tez-tez gündəmə gəlir.

73 kilo arıqlayan Işın Karacanın son görüntüsü gündəm oldu — FOTOLAR
73 kilo arıqlayan Işın Karacanın son görüntüsü gündəm oldu — FOTOLAR

Leyla Demokrat.az

D
demokrat.az