Maraqlı Özəl

Qaynadılmış kartofu daha dadlı hazırlamağın sadə üsulu

Qaynadılmış kartofu daha dadlı hazırlamağın sadə üsulu

Aşpazların sözlərinə görə, kartofun daha zəngin dada malik olması üçün onu yalnız duzlu suda bişirmək kifayət etmir.

Demokrat.az "Blikk" nəşrinə istinadən ki, qaynadılmış kartofu daha dadlı hazırlamaq üçün onu adi duzlu su əvəzinə tərəvəz bulyonunda bişirmək məsləhətdir. Bu üsul sadə qarniri daha aromatik və ləzzətli yeməyə çevirə bilər.

Mütəxəssislərin fikrincə, duz kartofun təbii dadını vurğulayır, lakin ona əlavə ləzzət qatmır.

Tərəvəz bulyonu necə hazırlanır?

Kartofu bişirməzdən əvvəl tərəvəz və ədviyyatlardan bulyon hazırlanması tövsiyə olunur.

Bunun üçün:

* Qazana kök, cəfəri kökü, soğan və bir dəstə cəfəri əlavə edin. * Dəfnə yarpağı, bir neçə mixək, qara istiot dənələri və bir çimdik zirə əlavə edin. * Təxminən 1 litr su tökərək 30 dəqiqə qaynadın.

Nəşrin məlumatına görə, soğanı əvvəlcədən yağsız tavada yüngülcə qovurmaq bulyona xoş tüstülü ətir verir.

Daha sonra bulyonu süzün, üzərinə qabığı soyulmuş və kub şəklində doğranmış kartofu əlavə edin. Kartofu zəif odda təxminən 15–20 dəqiqə, tam bişənədək qaynadın.

Müəlliflərin sözlərinə görə, bu üsulla hazırlanan kartofa əlavə ədviyyat və ya kərə yağı əlavə etmək zəruri deyil. Kartof özü daha zəngin dad və ətir qazanır.

Hansı kartof növü daha uyğundur?

Bu üsul üçün nişasta tərkibi orta olan kartof sortları daha uyğun hesab olunur. Belə kartof bişərkən dağılmır və eyni zamanda bulyonun aromasını yaxşı mənimsəyir.

Əgər təzə yığılmış cavan kartofdan istifadə olunursa, qabığını soymaq məcburi deyil. Kartofu yaxşıca yumaq kifayətdir.

Tərəvəz bulyonunda bişirilmiş kartof qızardılmış ət, kotlet, pörtlədilmiş ət, balıq yeməkləri və vegetarian təamları üçün uyğun qarnir hesab olunur.

Sobada bişmiş kartofu necə xırtıldayan etmək olar?

"The Tasteful Pantry" bloqunun müəllifi Lindsi sobada bişirilən kartofun daha xırtıldayan alınması üçün bir neçə məsləhət verib.

Onun sözlərinə görə, kartofu sobaya qoymazdan əvvəl manna yarmasına bulamaq xırtıldayan qabığın əmələ gəlməsinə kömək edir. Bundan əlavə, yüksək tüstülənmə temperaturuna malik bitki yağlarından istifadə etmək daha yaxşı nəticə verir.

Jalə Demokrat.az

D
demokrat.az