Geyimdə yaranan şərab, pomada, ot, qəhvə və ya mürəkkəb ləkələri düzgün üsullarla asanlıqla təmizlənə bilər. Mütəxəssislər bildirirlər ki, əsas məsələ sürtünmə gücü deyil, ləkənin növünə uyğun düzgün təmizləmə metodunun seçilməsidir.
Demokrat.az xəbər verir ki, ekspertlərin “Marta Stüart” saytına istinadən tövsiyələrinə görə, sadə bir məhlul hazırlamaq mümkündür: rəngsiz və ətirsiz 1 xörək qaşığı maye qab yuyan vasitə 280 ml su ilə qarışdırılır, sprey qabına tökülür və yaxşıca çalxalanır. Bu məhlul əksər parçalar üçün uyğundur, lakin ipək, yun, kaşmir və angora üçün tövsiyə edilmir.
Geyimdə ləkələri necə təmizləmək olar?
Yağ ləkələri. Əvvəlcə həlledici (məsələn, aseton və ya уайт-спирит) tətbiq edilir, daha sonra izopropil spirti ilə silinir, sabunlu məhlul çəkilir və paltar yuyulur.
Qan, yumurta və digər zülal əsaslı ləkələr. Sabunlu məhlul tətbiq edilir, soyuq su ilə yuyulur, lazım olduqda ferment tərkibli təmizləyici istifadə olunur və paltar yuyulur.
Meyvə və tərəvəz ləkələri. Sabunlu məhluldan sonra ağ sirkə və hidrogen peroksid tətbiq edilərək piqment çıxarılır.
Ot ləkələri. Həlledici, daha sonra spirt və ferment tərkibli təmizləyici istifadə olunur, sonra paltar yuyulur.
Palçıq. Quruması gözlənilir, qalıqlar çırpılır, sabunlu məhlulla təmizlənir və yuyulur.
İçki ləkələrinin təmizlənməsi?
Qırmızı şərab. Sabunlu məhlul, daha sonra sirkə tətbiq edilir. Ləkə qalarsa hidrogen peroksid, ağır hallarda isə oksigen əsaslı ağardıcı istifadə olunur.
Ağ şərab. Soyuq su ilə yuyulur, sabunlu məhlulla işlənir və paltar yuyulur.
Qəhvə və çay. Limon suyu və ya ağ sirkə kömək edir. Əgər içkidə süd və ya şəkər varsa, əvvəlcə yuyucu vasitə məhlulu tətbiq edilməlidir.
Digər ləkələrin çıxarılması
Şokolad. Qalıqlar diqqətlə təmizlənir, sonra yuyucu vasitə ilə işlənir.
Mum və saqqız. Ləkə əvvəlcə buzla dondurulur, sonra qalıqlar qırılır və həlledici ilə təmizlənir.
Pomada. Artıq hissə küt bıçaqla çıxarılır, həlledici və spirt istifadə olunur, sonra paltar yuyulur.
Souslar. Xardal sirkə ilə təmizlənə bilər. Ketçup, barbekü və soya sousu əvvəl sabunlu məhlulla, lazım olduqda sirkə və hidrogen peroksidlə işlənir.
Mürəkkəb və boya ləkələri
Mürəkkəb ləkəsinin yayılmaması üçün mütəxəssislər ətrafına vazelin sürtməyi tövsiyə edirlər. Kürə qələm ləkələri adətən spirtlə çıxarılır, flomaster üçün isə mürəkkəbin su və ya spirt əsaslı olması müəyyən edilir.
Su əsaslı boya dərhal soyuq su ilə yuyulmalı və sabunlu məhlulla təmizlənməlidir. Yağ əsaslı boya əvvəlcə artıq hissədən təmizlənir, sonra həlledici tətbiq olunur və paltar yuyulur.
Mütəxəssislər vurğulayır ki, ləkəyə nə qədər tez müdaxilə edilərsə, onun tamamilə izsiz çıxarılma ehtimalı bir o qədər yüksək olur. Güclü kimyəvi vasitələr istifadə edilməzdən əvvəl isə parçanın görünməyən hissəsində sınaq aparılması tövsiyə olunur.
Jalə Demokrat.az


