Kriminal Özəl

Nişanlısının keçmiş ərini bıçaqladı

Nişanlısının keçmiş ərini bıçaqladı

Balakən rayonunda 29 yaşlı oğlan nişanlısının keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1997-ci il təvəllüdlü Cəfər nişanlısı Rəqsanənin yaşadığı evin yaxınlığında küçədə avtomobilin içərisində onun keçmiş həyat yoldaşı Telmanı (adlar şərtidir – red.) görüb.

Bu zaman o, Telman ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı onun hər iki ayağına 2 dəfə bıçaqla qəsdən vurub.

Faktla bağlı Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmadığını göstərib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az