Şou-biznes Özəl

“Kızılcık şərbəti”nin setindən yayılan görüntülər yenidən gündəm oldu — FOTOLAR

“Kızılcık şərbəti”nin setindən yayılan görüntülər yenidən gündəm oldu — FOTOLAR

Türkiyənin məşhur “Kızılcık şərbəti” serialının aktyorları Feyza Civələk və Sıla Türkoğlu arasında yaşandığı iddia edilən gərginlik yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, serialın mövsüm finalından sonra sosial şəbəkələrdə setdən aylar əvvəl çəkildiyi bildirilən görüntülər yenidən yayılıb. Kadrlarda Feyza Civələk və Sıla Türkoğlu arasında baş verən qısa dialoq izləyicilərin diqqətini çəkib.

Müzakirələrə səbəb olan görüntülərdə Feyza Civələyin “Qarışıqlığı başladan mən oluram” sözlərinə Sıla Türkoğlunun “Onsuz da” cavabını verməsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Daha sonra tərəflər arasında baş tutan qısa söhbət izləyicilər tərəfindən gərgin münasibətin göstəricisi kimi qiymətləndirilib.

Məsələ son günlər serialın prodüseri Faruk Turgutun aktyorların layihədən ayrılması ilə bağlı açıqlamalarından sonra daha da aktuallaşıb. Xüsusilə Sıla Türkoğlunun serialdan ayrılması ətrafında yaranan müzakirələr köhnə görüntülərin yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, nə Feyza Civələk, nə də Sıla Türkoğlu görüntülərlə bağlı hər hansı rəsmi açıqlama verməyib.

“Kızılcık şərbəti”nin setindən yayılan görüntülər yenidən gündəm oldu — FOTOLAR

“Kızılcık şərbəti”nin setindən yayılan görüntülər yenidən gündəm oldu — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az