Türkiyəli aktrisa Yasemin Allen ABŞ Federal Tədqiqat Bürosunu (FTB) keçmiş agenti Erdal Kaya ilə bir neçə ay əvvəl Las-Veqasda sadə nikah mərasimi ilə ailə qurduqdan sonra sosial şəbəkə paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
Demokrat.az xəbər verir ki, aktrisa evlilik üzüyünü izləyiciləri ilə paylaşıb. Cütlüyün xoşbəxt görüntüləri qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Yasemin Allen yaxın günlərdə qatıldığı tədbirdə evliliyi ilə bağlı bunları deyib: "Mən evliyəm" hissi zaman keçdikcə formalaşır. Həyatı paylaşmaq çox gözəl hissdir. Pişiklərimin də onunla yaxşı yola getməsi məni ayrıca sevindirir".
Sosial şəbəkədə yayımlanan fotoda diqqəti xüsusilə aktrisanın evlilik üzüyü cəlb edib. Yerli KİV-lərin məlumatına görə, üzüyün təxminən 600 min türk lirəsi dəyərində olduğu bildirilir.
Bəzi sosial media istifadəçiləri isə Yasemin Allenin üzüyünü müğənni Dua Lipanın üzüyünə bənzədib. Məlumatlara əsasən, Dua Lipanın üzüyünün təxmini dəyəri 2 milyon türk lirəsi hesab olunur.
Aktrisanın paylaşımı qısa müddətdə geniş maraq doğurub və çoxsaylı istifadəçilər yeni evlənən cütlüyə xoş arzularını çatdırıblar.





Jalə Demokrat.az


