Sosial Özəl

Bulvarda yeni xidmət yaradıldı — VİDEO

Bulvarda yeni xidmət yaradıldı — VİDEO

Bakı bulvarında istirahət edən sakinlər və turistlər üçün yeni xidmət növü istifadəyə verilib. Milli Parkın ərazisinə müasir dizaynlı yeni faytonlar gətirilib. Müasir texnologiyaya əsaslanan bu nəqliyyat vasitələri ənənəvi faytonlardan tamamilə fərqlənir.

Yeni gətirilən faytonlar ekoloji baxımdan təmizdir və elektriklə işləyir. Bu nəqliyyat vasitələrinin hərəkəti üçün atlardan istifadə olunmur. Atsız faytonların hərəkət marşrutu Azneft meydanı istiqamətindən başlayır.

Gəzinti xidmətinin qiyməti dörd nəfərlik qrup üçün 40 manat təşkil edir. Sakinlər və şəhərin qonaqları bu xidmətdən axşam saat 23:00-a qədər yararlana bilərlər. Yeni layihə bulvarda ekoloji mühitin qorunmasına xidmət edir.

Beləliklə, bulvarda həm heyvanların istismarı dayandırılır, həm də vətəndaşlara müasir xidmət təklif olunur.

View this post on Instagram

A post shared by Aziza Ismailova (@azizaismailova)

​​​​​​​Demokrat.az

D
demokrat.az