İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Mohammad Akbarzadeh yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Demokrat.az bildirir ki, hadisə İranın Kerman Province əyalətində baş verib. İdarə etdiyi avtomobilin aşması nəticəsində ağır xəsarətlər alan SEPAH rəsmisi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Demokrat.az


