Sosial

BDU-ya yeni prorektor təyin olundu

BDU-ya yeni prorektor təyin olundu

Bakı Dövlət Universitetinə yeni prorektor təyinatı reallaşıb. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə gətirilib.

O, bu təyinata qədər universitet rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. Mirzə Mirzəyev bu postda bir müddət əvvəl işdən azad edilmiş Nəbi Ramazanlını əvəzləyib.

1965-ci il təvəllüdlü Mirzə Mirzəyev uzun illər Maliyyə Nazirliyi sistemində, müxtəlif rayonların maliyyə idarələrində və xəzinadarlıq idarələrində rəis vəzifələrində çalışıb. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent olan yeni prorektor 2019-cu ildən bəri fəaliyyətini BDU-da davam etdirir.(ölkə.az)

Demokrat.az

D
demokrat.az