Şou-biznes Özəl

Məşhur aktyor "Taşacak bu deniz"dən niyə getdi? — FOTO

Məşhur aktyor Taşacak bu denizdən niyə getdi? — FOTO

Reytinqli seriallardan olan "Taşacak bu deniz" mövsüm finalına hazırlaşarkən layihədən ayrılıq xəbəri gündəmə gəlib.

Serialda "Gezep" obrazını canlandıran aktyor Onur Dilberin yeni mövsümdə ekran işində yer almayacağı məlum olub.

Aktyor sosial şəbəkə hesabında paylaşdığı açıqlamada serialdan ayrıldığını təsdiqləyərək bu qərarı təəssüf hissi ilə qarşıladığını bildirib. O, canlandırdığı obrazın son vaxtlar əvvəlki xəttindən uzaqlaşdırıldığını qeyd edib və layihədən ayrılması ilə bağlı yaşadığı məyusluğu dilə gətirib.

İddialara görə, Onur Dilberin serialdan ayrılmasının arxasında ssenaristlərlə yaşadığı fikir ayrılığı dayanır. Bildirilir ki, aktyor ssenaristlər Ayşe Ferda Eryılmaz və Nehir Erdemlə əlaqə saxlayaraq obrazına daha çox səhnə yazılmasını istəyib. İddialara əsasən, bu tələb tərəflər arasında gərginliyə səbəb olub.

Digər bir iddiaya görə isə çəkilişlər zamanı Onur Dilberlə serialın baş rol ifaçısı Ulaş Tuna Astepe arasında mübahisə yaşanıb. Xına gecəsi səhnələrinin çəkilişi zamanı baş verdiyi deyilən gərginliyin ayrılıq qərarında rol oynadığı irəli sürülür.

Məsələ ilə bağlı nə serialın yaradıcı heyəti, nə də adı hallanan tərəflər tərəfindən rəsmi açıqlama verilib.

Məşhur aktyor Taşacak bu denizdən niyə getdi? — FOTO

Leyla Demokrat.az

D
demokrat.az