İlham Rəhimov bu gün Rusiyanın ən nüfuzlu iş adamlarından biridir.
Bir dəfə Putin ona verilən "Azərbaycanlılara münasibətiniz necədir?" sualını belə cavablandırmışdı: "Əgər mənim ən yaxın dostum azərbaycanlıdırsa, mənim azərbaycanlılara münasibətim sizcə necə olar bilər?"
İlham Rəhimov - o, sadə professor və akademik imicini daşısa da, bu adın altında çox nüfuzlu bir şəxs dayanır.
Əslində o, Moskvanın əsas aktivlərinə nəzarət edən və ölkədə böyük layihələr həyata keçirən şirkətlərin rəhbəri, gizli milyarderdir.
Rəhimovun uğurunun sirri sadədir: o, Rusiya prezidentinin keçmiş qrup yoldaşı və yaxın dostudur O, öz imperiyasını siyasətin zirvəsindəki əlaqələri sayəsində qurmuşdur.
Xatırladırıq ki, Rusiya İstintaq Komitəsinin sədri Bastırkin də Putinin və Rəhimovun qrup yoldaşıdır.
"Навальный LIVE" internet-kanalı İlham Rəhimovdan və onun Putinlə dostluq hekayəsindən bəhs edən yeni film hazırlayıb.
Alparslan Demokrat.az


