Sosial

7 kəndə aparan yola cəmi 1 zolaq verildi

7 kəndə aparan yola cəmi 1 zolaq verildi

Bakıda pik saatlarda sıxlığın yarandığı yollardan biri də Azadlıq prospektidir.

Demokrat.az bildirir ki, bu prospektin həm Biləcəri-Baksol yoluna qədər olan, həm də 28 maya düşən hissəsində daim tıxac yaranır. Buna səbəb prospektin hər iki başında zolaq sayının azlığıdır.

Bundan əlavə, tıxaca səbəb olan digər məqamlar da var. Belə ki, prospektin Zahid Qəmbərov küçəsi ilə kəsişməsinə quraşdırılan yeni yol nişanı butulka effekti ilə kilometrlərlə tıxac yaradır. Nəticədə "Holywood" şadlıq evinin qarşısından Rəsulzadə qəsəbəsinə qədər olan təxmini 2 kilometrlik məsafəni qət etmək 40 dəqiqədən çox vaxt aparır.

Sözügedən nişan təxminən bir ay əvvəl həmin əraziyə quraşdırılıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, iki zolaqdan biri sola dönməyə məcbur edir, digəri isə düzünə. Cəmi bir zolaqdan hərəkətin icazə verildiyi istiqamət Azadlıq prospekti ilə Bakının 7 kəndini ( Binəqədi, Biləcəri, Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Digah ) birləşdirir.

Bu səbəbdən də iki zolaqla hərəkət edən sürücülər həmin əraziyə çatdıqda cərimələnməmək üçün sağ zolağa çıxmağa çalışırlar. Bu da öz zolağı ilə hərəkət edən sürücülərin uzun müddət yerində saymasına səbəb olur.

7 kəndə aparan yola cəmi 1 zolaq verildi

Qeyd edək ki, 2030-cu ilə qədər Mehdiabaddan birbaşa Ziya Bünyadov prospektinə alternativ yol çəkiləcəyi planlaşdırılır. Bu layihə reallaşdıqdan sonra Binəqədi şosesi və Azadlıq prospektinin yükü kifayət qədər azala bilər.

Demokrat.az

D
demokrat.az