Məşhur türkiyəli aktrisa Devrim Özkan yeni layihəsi çərçivəsində əldə etdiyi yüksək qonorarla diqqət mərkəzinə düşüb. Sənətçi məşhur avtomobil brendlərindən birinin reklam çarxı üçün kamera qarşısına keçib.
Çəkilişlərdə aktrisaya öz ev heyvanı da yoldaşlıq edib.
Bu əməkdaşlıq qarşılığında sənətçinin 11 milyon 500 min lirə qazanacağı məlum olub. Bu məbləğ təxminən 421 min manat ekvivalentindədir.
Uğurlu karyerası ilə tanınan aktrisa hazırda tamaşaçıların böyük maraqla izlədiyi "Yeraltı" serialında Ceylan obrazını canlandırır.
İsmayıl Demokrat.az


