Region Özəl

WSJ: Rusiya iki ssenari üzrə cəbhəni genişləndirmək üçün Belarusa təzyiq edir

WSJ: Rusiya iki ssenari üzrə cəbhəni genişləndirmək üçün Belarusa təzyiq edir

Rusiya Belarusu Ukraynaya hücumlar və ya NATO ölkələrinə qarşı hibrid əməliyyatlar üçün tramplin kimi istifadə etməyə çalışır. Buna görə Kreml Lukaşenko hökumətinə diplomatik kanallarla təzyiqlərini artırıb.

Demokrat.az xəbər verir ki, bu haqda nüfuzlu "The Wall Street Journal" nəşri Rusiya və Avropadakı hazırkı və keçmiş rəsmilərə istinadən məlumat yayıb.

"Rusiya Belarusa siyasi və diplomatik təzyiqi artırır, Ukraynaya qarşı müharibədə rolunu genişləndirməyə çalışır və ölkə ərazisindən yeni əməliyyatlar, o cümlədən pilotsuz təyyarələr və NATO ölkələrinə qarşı hücumlar üçün istifadə etməyi planlaşdırır", - "The Wall Street Journal"ın məlumatında belə deyilir.

Nəşrin yazdığına görə, Moskvanın Minskə mesajını Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiya səfiri Boris Qrızlov çatdırıb.

Mənbə bildirib ki, onaların arasında bu yaxınlarda qeyri-formal görüş keçirilib.

WSJ qeyd edir ki, Minskə qarşı təzyiqləri Rusiyanın Ukraynanın şərqindəki hərbi çətinlikləri və Ukrayna qüvvələrinin diqqətini yayındırmaq zərurəti fonunda "bu ilin əvvəlində" güclənib.

Nəşrin məqaləsində vurğulanır ki, Moskvanın taktiki nüvə silahlarını yerləşdirdiyi Belarus bu planda əsas oyunçuya çevrilə bilər.

Alparslan Demokrat.az

D
demokrat.az