"Zərif yaş" (Nejnıy vozrast) və "Nərdivan" filmlərindən tanınan rusiyalı aktyor Yevgeni Kalintsev vəfat edib. Sənətçi 59 yaşında dünyasını dəyişib.
Bu barədə Moskvanın "Pyotr Fomenko Emalatxanası" Teatrı məlumat yayıb. Aktyorun iyulun 7-də 60 yaşı tamam olacaqdı. Vida mərasimi iyunun 24-də Moskvada keçirilib.
Yevgeni Kalintsev GİTİS-də Pyotr Fomenkonun kursunu bitirib. O, karyerası ərzində "Çelovek" və "Teatr.doc" teatr-studiyalarında çıxış edib. Aktyor 1991-1998-ci illərdə Malaya Bronnadakı Teatrda fəaliyyət göstərib. Orada "Kral Lir" və "İdiot" tamaşalarında rollar ifa edib.
Sənətçi sonradan Pyotr Fomenkonun assistenti kimi də çalışıb. O, "Hərb və sülh" tamaşasının hazırlanmasında iştirak edib. Fransız dilini təmiz bilən aktyor həmkarlarına tələffüz məsələlərində kömək edib.
İsmayıl Demokrat.az


