Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.
Demokrat.az


