Kriminal Özəl

Azərbaycanlı kriminal avtoritet dünyasını dəyişdi — FOTO

Azərbaycanlı kriminal avtoritet dünyasını dəyişdi — FOTO

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, milliyətcə azərbaycanlıdır.

Əsl adı Rafael olan bu şəxsin müxtəlif cinayətlərdən bir neçə dəfə Bakının həbsxanalarında cəza çəkdiyi bildirilir.

Onun məşhur "oğru" Nadir Səlifovla yaxın olduğu deyilir.

Azərbaycanlı kriminal avtoritet dünyasını dəyişdi — FOTO

Məlumata görə, Rafo Rustavski keçən il cəza müddətini bitirdikdən sonra Azərbaycanı tərk edib. Onu Türkiyə, Dubay və başqa ölkələrdə görüblər. Xəstəliyi ilə bağlı son aylar Gürcüstana gələn avtoritetin orada dünyasını dəyişdiyi bildirilir.

Azərbaycanlı kriminal avtoritet dünyasını dəyişdi — FOTO

Əli Demokrat.az

NE
Nihadə Eyyubova