“Kızılcık Şerbeti” serialında “Işıl” obrazı ilə tanınan 35 yaşlı aktrisa Ece İrtemin qəfil ölümü ilə bağlı yeni məlumat ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, ilkin olaraq aktrisanın ürək tutması nəticəsində həyatını itirdiyi bildirilsə də, sonradan ölüm səbəbi ilə bağlı fərqli ehtimal gündəmə gəlib. Məlumata görə, Ece İrtem ölümündən bir həftə əvvəl Taylanda səfər edib və həmin zaman meymun tərəfindən dişlənib.
Aktrisanın sol qolunda aşkarlanan yara izləri ailənin və hüquq nümayəndələrinin diqqətini çəkib. Ailənin vəkili Uğur Gökkoyun bu ehtimalın araşdırılması üçün İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib.
Vəkil bildirib ki, mütəxəssislərlə aparılan müzakirələr zamanı meymun dişləməsinin sepsisə (qan zəhərlənməsinə) səbəb ola biləcəyi və ölümcül nəticələr yarada biləcəyi ehtimalı qeyd olunub.
İndi Ece İrtemin ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza aparılacaq. Aktrisanın ürək tutmasından, yoxsa infeksiya nəticəsində həyatını itirib-itirmədiyi yarılma nəticələrindən sonra məlum olacaq.
Araşdırma davam edir.
Leyla Demokrat.az


