Dünya

Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”

Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”

ABŞ Prezidenti Donald Tramp Axios xəbər portalına müsahibəsində İsrail və Baş nazir Benyamin Netanyahu ilə münasibətlərini dəyərləndirib.

Demokrat.az azxeber.com-a istinadən xəbər verir ki, Tramp bildirib ki, Netanyahudan soruşsalar, İsrailin bombalar və silahlar da daxil olmaqla hər şeyə sahib olduğunu deyəcək.

"Mən olmasaydım, İsrail yerlə-yeksan olmuşdu”,- deyə Tramp bildirib.

ABŞ lideri Netanyahu ilə münasibətlərinə də toxunaraq deyib ki, Münasibətlərimiz yaxşıdır, amma onları bir qədər daha məqbul səviyyədə saxlamaq lazımdır.

İsrailin Livana hücum etməsinin qarşısını ala bilib-bilməyəcəyi ilə bağlı suala cavab verən Tramp "Bəli, edəcəyəm. Onların mənə böyük hörməti var və dediklərimi edirlər”,- deyə bildirib.

Demokrat.az

NE
Nihadə Eyyubova