Ermənistanda prezident postuna mümkün namizədlərin adı açıqlanıb.
Ermənistanın hazırkı dövlət başçısı Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlər yarandığından, hakim partiya daxilində prezident postu uğrunda pərdəarxası mübarizə gedir.
Demokrat.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Xaçaturyan səlahiyyət müddətini başa vurmaya bilər.
İddia edilir ki, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan prezidentliyə potensial namizədlərdir.
Nəşrin məlumatına görə, Arutyunyanın namizədliyinə əvvəlki prezident seçkiləri zamanı da baxılıb, lakin hakim partiyanın üzvləri onun təyinatına qarşı çıxıblar.
Bundan əvvəl, iyunun 10-da KİV-də gələcək parlamentdə əsas vəzifələr uğrunda Mülki Müqavilə partiyası daxilində daxili rəqabət barədə məlumat yayılmışdı. Nəşrin yazdığına görə, əsas döyüş Milli Assambleyanın sədri vəzifəsi üzərində cərəyan edib.
Daha sonra isə, Alen Simonyanın doqquzuncu parlamentdəki postunu çox güman ki, qoruyacağı xəbəri yayılıb.
Xatırladırıq ki, Vaaqn Xaçaturyan 2022-ci ildə 7 il müddətinə Ermənistan prezidenti seçilib.
Alparslan Demokrat.az


