Dünya Özəl

Rusiya Ermənistana etiraz notası verdi — FOTOLAR

Rusiya Ermənistana etiraz notası verdi — FOTOLAR

Gümrüdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə ucaldılmış “Ana Ermənistan” memorialının təhqir olunması ilə bağlı Rusiya Ermənistana etiraz notası göndərib.

Demokrat.az xəbər verir ki, bu haqda Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib.

"Bu şəhərdə yerləşən 102-ci Rusiya Hərbi Bazasının hərbçiləri dərhal memorialın bərpasına qoşulublar. Yerevandakı səfirliyimiz də müvafiq qiymət verib. Biz erməni hakimiyyət orqanlarından cinayəti törədən şəxsin saxlanılması ilə bağlı xəbərləri görmüşük", - deyə Zaxarova Ermənistanda baş verənlərdən narahatlığını bildirib.

Onun sözlərinə görə, memorialın təhqir edilməsi "dərin qəzəbdir" və "küfr aktıdır".

Bundan əvvəl Gümrüdə 41 yaşlı kişi "Ana Ermənistan" memorial kompleksində İkinci Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidəyə ziyan vurmaqda şübhəli bilinərək saxlanılıb.

Polisdən verilən məlumata görə, 41 yaşlı erməni abidələrdən zərli elementləri qopardığını etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rusiya Ermənistana etiraz notası verdi — FOTOLAR

Rusiya Ermənistana etiraz notası verdi — FOTOLAR

Rusiya Ermənistana etiraz notası verdi — FOTOLAR

Alparslan Demokrat.az

NE
Nihadə Eyyubova