Hadisə

Qazaxıstandan Bakıya uçan təyyarə geri dönməyə məcbur oldu

Qazaxıstandan Bakıya uçan təyyarə geri dönməyə məcbur oldu

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Nur-Sultan-Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.

Bu barədə Demokrat.az-a aviaşirkətdən məlumat veriblər.

Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:

“Nur-Sultan – Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub”.

Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.

Demokrat.az

D
demokrat.az