Maraqlı Özəl

Yay pikniklərinin hitinə çevriləcək: Toyuğu heç belə bişirməmisiniz

Yay pikniklərinin hitinə çevriləcək: Toyuğu heç belə bişirməmisiniz

Yay mövsümündə piknikə və ya bağa yollananlar üçün kulinariya ekspertləri minimum vaxt aparan, lakin olduqca dadlı bir toyuq yeməyi resepti təqdim ediblər.

Demokrat.az xəbər verir ki, sümüksüz toyuq budlarının sarımsaq, zəncəfil və təbii naringi (yaxud portağal) şirəsi ilə marinad edilməsi üsulu ətə xüsusi yumşaqlıq və fərqli bir ətir qatır. Cəmi 15 dəqiqəlik hazırlıq və 10 dəqiqəlik bişmə müddəti tələb edən bu təam fərqli ləzzət axtaranlar üçün ideal seçimdir. 6-8 porsiyalıq bu yeməyin hazırlanması üçün toyuq budları, qırmızı soğan, sarımsaq, təzə zəncəfil, soya sousu və naringi şirəsi xüsusi torbada qarışdırılaraq soyuducuda marinad edilir. Daha sonra ət orta dərəcəli qril və ya manqalda hər iki tərəfi 5-6 dəqiqə olmaqla sürətlə bişirilir. Mütəxəssislər qeyd edirlər ki, toyuğun bu üsulla hazırlanması əlavə ağır yağların istifadəsinə ehtiyac qoymadığı üçün həm həzmi asanlaşdırır, həm də bədənin yay aylarında ehtiyac duyduğu təmiz proteini ən sağlam formada qarşılayır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova