Cəmi 310 kvadratmetr sahəyə malik olan bu ada fantastik filmlərdən çıxmış bir məkan təsiri bağışlasa da, əslində tamamilə realdır. Üzərində yalnız bir ev və bir ağacın yerləşdiyi "Just Room Enough" ("Yalnız kifayət qədər yer") adası dünyanın ən kiçik yaşayış adası hesab olunur.
Qeyri-adi ada ABŞ-ın Nyu-York ştatındakı Alexandriya Bay sahilləri yaxınlığında, Seint Lavrens çayı üzərində yerləşir. Adanın ölçüsü o qədər kiçikdir ki, onu təyyarədən görmək belə çətin ola bilər.
Məlumata görə, ada əvvəlcə istirahət məkanı kimi istifadə olunmaq üçün alınıb. Sonradan onun üzərində kiçik bir ev tikilib və bir ağac əkilib. Nəticədə "Just Room Enough" adı ilə tanınan bu ada dünyanın ən maraqlı yaşayış məkanlarından birinə çevrilib.(lent.az)
Demokrat.az


