Şou-biznes Özəl

Ajda Pekkan: “O qədər tənhayam ki...” — FOTO

Ajda Pekkan: “O qədər tənhayam ki...” — FOTO

Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Ankaradakı Oran Açıq Hava Səhnəsində keçirilən konserti zamanı etdiyi emosional çıxışla diqqət çəkib.

Demokrat.az xəbər verir ki, “Üç Kalp” mahnısını ifa etməzdən əvvəl tamaşaçılara müraciət edən sənətçi uzun illərdir davam edən uğurlu karyerasına baxmayaraq, zaman-zaman tənhalıq hissi yaşadığını bildirib.

“O qədər tənhayam ki... Yaxşı ki, varsınız. Şöhrət belə bir şeydir. Nə qədər gözəl görünsə də, işıqların altında bir o qədər tənhayam”, – deyə Pekkan qeyd edib.

Müğənni pərəstişkarlarının həyatında xüsusi yer tutduğunu da vurğulayıb:

“Həyatda hər zaman həyat yoldaşınızı tapa bilmirsiniz, amma siz mənim həyatımdakı hər şey oldunuz. Buna görə sizə çox təşəkkür edirəm.”

Ajda Pekkanın bu səmimi sözləri konsert iştirakçılarını duyğulandırıb. Sənətçinin tənhalıqla bağlı etirafı və pərəstişkarlarına ünvanladığı təşəkkür nitqi alqışlarla qarşılanıb.

Ajda Pekkan: “O qədər tənhayam ki...” — FOTO

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova