Şou-biznes Özəl

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

Hollivudun məşhur simalarından biri olan Jane Seymour 75 yaşında yenidən sevgi münasibəti ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, aktrisanın musiqiçi və həkim Con Zambetti ilə nişanlandığı iddiaları media və sosial şəbəkələrdə geniş müzakirə olunur.

4 dəfə evlilik həyatı yaşayıb boşanan aktrisa bu dəfə illərin gətirdiyi sevgi ilə diqqət çəkib. O, qatıldığı tədbirdə sevgilisi ilə səmimi görüntüləri və barmağındakı brilyant üzüyü ilə diqqət mərkəzinə düşüb.

Jane Seymour jurnalistlərə açıqlamasında sevgisini gizlətməyib: "Çox aşiqəm, dəli kimi aşiqəm və çox həyəcanlıyam. Con ilə çox yaxşı anlaşırıq".

Aktrisanın sözlərinə görə, cütlük artıq uzun müddətdir birlikdədir və münasibətləri getdikcə daha da ciddiləşib. Məlumata görə, Jane Seymour və Con Zambetti əvvəlcə övladları vasitəsilə tanış olublar. Daha sonra isə münasibətləri romantik əlaqəyə çevrilib. Onların oğulları da bir-biri ilə dostdur.

Cütlük ilk görüşlərini 2023-cü ilin avqustunda bir konsertdə yaşayıb və o gündən etibarən hər ay həmin tarixi xüsusi olaraq qeyd edirlər.

Daha əvvəl verdiyi müsahibələrdə Seymour yaşlılıqda sevginin mümkünlüyünü vurğulamış, “Bu yaşda insan həm özünü, həm də qarşı tərəfi daha yaxşı anlayır” demişdi.

Aktrisa bundan əvvəl Maykl Attenboruq, Cefferi Planer, David Flinn və Ceyms Keax ilə evli olub. Rəsmi nişan xəbəri hələ təsdiqlənməsə də, barmağındakı üzük və cütlüyün yaxın münasibəti bu iddiaları gücləndirir.

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

4 dəfə boşanan 75 yaşlı aktrisa yenidən nişanlandı — FOTOLAR

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova