Sosial

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

9 iyun - Dəmir Yolu Keçidləri ilə bağlı Beynəlxalq Maarifləndirmə Günüdür.

Demokrat.az xəbər verir ki, bu gün dəmir yolu keçidlərində təhlükəsizlik mövzusu daha da aktuallaşır.

Dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir.

Bu il Azərbaycan Dəmir Yollarına (ADY) məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

"ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır. Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir", deyə ADY-dən verilən məlumatda bildirilir.

NE
Nihadə Eyyubova